Nəşrə dair tələblər
Redaksiya heyəti

Azərbaycan Milli Elmlər Akademiyası
FOLKLOR   İNSTİTUTU

 "DƏDƏ  QORQUD"
elmi-ədəbi toplu

31.03.2021

“Dədə Qorqud” jurnalının 70-ci sayı çapdan çıxıb


AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan “Dədə Qorqud” toplusunun 70-ci sayında həmişəki kimi maraqlı araşdırmalar yer alıb.
Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru Ramazan Qafarlının redaktorluğu ilə ildə dörd dəfə nəşr olunan jurnalın bu nömrəsində materiallar beş rubrikada toplanıb. Nəşrin “Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” bölməsində fil.e.d.Ramazan Qafarlının “Dədə Qorqud”da gender münasibətlərinin strukturu və funksionallığı”, fil.e.d.,prof. Seyfəddin Rzasoyun “Kitabi-Türkman lisani” oğuznaməsi: monoqrafik tədqiqatin nəticələri”, tar.e.d.,prof.Tahir Əmiraslanovun “Kitabi-Dədə Qorqud”dakı bəzi süfrə adətlərində etnopsixoloji məqamların nümayişi”, türkiyəli doktorant Yücetaş Ercanın “Kitabi-Dədə Qorqud”da söz kultu və davranış aktları” məqalələri dərc edilib.
“Folklorşünaslıq: problemlər, tədqiqlər” rubrikasında fil.ü.f.d.,dos.Mətanət Abbasovanın “Təbriz folklorunda uşaq oyunları”, fil.ü.f.d.,dos. Şakir Albalıyevin “Bayram konseptinin etnokulturoloji mahiyyəti (Prof. C.Qasımovun yaradıcılığı əsasında)”, fil.ü.f.d.,dos.Tahir Orucovun “Vəli Xuluflunun həyatı və folklorşünaslıq fəaliyyəti”, fil.ü.f.d.Atəş Əhmədlinin “Bayatılarda nar: formal və semantik təzahürlənmələr” və digər məqalələr oxucuların ixtiyarına verilib.
Jurnalın “Azərbaycan folklor örnəkləri” rubrikasında avarlardan toplanmış etnoqrafik örnəklər, "Güney Azərbaycan folklorundan örnəklər” rubrikasında isə Təbriz və Marağa bölgələrindən toplanmış örnəklər təqdim olunub.
"Yeni nəşrlər: təqdimat və rəylər” rubrikasında fil.e.d.,prof.Seyfəddin Rzasoyun “Türk epik düşüncə sisteminə transsendental aspektdə baxış (Бакчиев Т.А. Кыргызские эпические сказители. Бишкек, «Принт-Экспресс», 2015, 256 с.)”, fil.ü.f.d.,dos.Qalib Sayılovun “Qorqudşünaslıqda yeni məkan zaman paradiqması (“Kitabi-Türkman lisani” oğuznaməsinin transmediativ strukturu və ritual-mifoloji semantikası. Bakı, “Elm və təhsil”, 2020, 472 s.)”, fil.ü.f.d.,dos.Sönməz Abbaslının “Şifahi “Dədə Qorqud”dan doğan “Kitabi-Türkman lisani” oğuznaməsi prof. Seyfəddin Rzasoyun baxış bucağında”, fil.ü.f.d.,dos.Tahir Orucovun “Müdrik və işıqlı adamın nağıl dünyası (O.Əliyev. Azərbaycan nağılları: janr, süjet və obraz problemləri. Bakı, Elm və Təhsil, 2019)” kimi maraqlı araşdırmalarla tanış olmaq mümkündür.

AXTAR
 
 

© Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu.
"Dədə Qorqud" elmi-ədəbi toplu. 2013.