Nəşrə dair tələblər
Redaksiya heyəti

Azərbaycan Milli Elmlər Akademiyası
FOLKLOR   İNSTİTUTU

 "DƏDƏ  QORQUD"
elmi-ədəbi toplu

24.03.2021

“Dədə Qorqud” jurnalı “Index Copernicus” sisteminə daxil olub

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun elmi məqalələr toplusu olan “Dədə Qorqud” jurnalı beynəlxalq “Index Copernicus” sisteminə daxil olub. Qeyd edək ki, "Dədə Qorqud" jurnalı Azərbaycan, rus, ingilis və türk dillərində akademik səviyyədə araşdırılan və elmi heyət tərəfindən müsbət qiymətləndirilən original məqalələrin nəşrini həyata keçirir. Jurnalda folklor nəzəriyyəsi, folklorun janr sistemi və poetikası, folklor və yazılı ədəbiyyat, dünya xalqlarının folkloru, Azərbaycan folklorunun toplanması, nəşri və tədqiqi məsələləri yer alır. “Dədə Qorqud” elmi-ədəbi jurnalında “Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar”, “Folklorşünaslıq: problemlər, tədqiqlər”, “Azərbaycan folklorundan yeni nümunələr”, “Qardaş türk folklorundan örnəklər”, eləcə də “Folklorşünas təqvimi”, “Folklor həyatından” “Rəylər” və “Yeni nəşrlər” kimi başlıqlar altında məqalələr dərc olunur. 2001-ci ilin aprel ayından ildə dörd buraxılışı nəşr edilən jurnalın bu günə kimi 71 sayı işıq üzü görüb.
Son illər ölkəmizin hüdudlarından kənarda Avropada və Orta Asiyada da jurnal böyük marağa səbəb olub. Belə ki, “Dədə Qorqud” jurnalında Orta Asiya respublikaları, eləcə də İran, Rusiya (Sankt-Peterburq və Dağıstan), Türkiyə, Estoniya və s. ölkələrdən də məqalələr öz əksini tapıb. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan elmi nəşrlər sırasındadır.
Qeyd edək ki, “Dədə Qorqud” jurnalının baş redaktoru fil.e.d. Ramazan Qafarlıdır.

AXTAR
 
 

© Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu.
"Dədə Qorqud" elmi-ədəbi toplu. 2013.