Nəşrə dair tələblər
Redaksiya heyəti

Azərbaycan Milli Elmlər Akademiyası
FOLKLOR   İNSTİTUTU

 "DƏDƏ  QORQUD"
elmi-ədəbi toplu

04.05.2022

“Dədə Qorqud” jurnalının 76-cı sayı çapdan çıxıb

AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan “Dədə Qorqud” toplusunun 76-cı sayı çapdan çıxıb. Jurnalın bu sayında maraqlı elmi məqalələr və Azərbaycan folklorundan yeni nümunələr yer alıb. Filologiya elmləri doktoru Ramazan Qafarlının redaktorluğu ilə ildə dörd dəfə nəşr olunan jurnalın bu nömrəsində materiallar 3 bölmədə öz əksini tapıb.
“Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” bölməsində filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun “Kitabi-Dədə Qorqud”da ölmüş Buğacın yenidən doğulması motivi”, Aygül Qurbanovanın “Sintaktik paralelizmin “Dədə Qorqud” nəsrinin ritmikləşdirilməsindəki rolu” məqalələri dərc olunub.
“Dədə Qorqud” toplusunun “Folklorşünaslıq: problemlər, tədqiqlər” bölməsində AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanovun “Şifahi və yazılı ədəbiyyatda təhkiyə”, filologiya elmləri doktoru Ramazan Qafarlının “Aşıq Ələsgər poeziyasının sənətkarlıq xüsusiyyətləri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Qasımovanın “Oğuz və kelt folklorunda su kultunun tipologiyası”, filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyevin “Xıdır Nəbi bayramında magiya və Xızır-İlyas paralelizmi”, filologiya üzrə fəlsəfə doktoru, dosent Səməngül Qafarovanın “Rus uşaq fokloru haqqında mülahizələr”, Günay Oruczadənin “Azərbaycan və türk folklorunda xalq oyunları: təşəkkülü və inkişaf tarixi”, texnika üzrə fəlsəfə doktoru, dosent Xankişi Məmmədovun “Azərbaycan nitq folklorunun paremioloji möcüzəsi: dodaqdəyməz atalar sözləri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Nailə Əskərin “Koroğlu” dastanında dağ obrazı”, Ahmedoğlu Hasanoğlu Abbasalinin “Köroğlu adında gizlenmiş kinaye”, Abbassali Ahmedoğlunun “Womens rights in turkic mythology” (“Türk mifologiyasında qadın haqları”), filologiya üzrə fəlsəfə doktoru, dosent Çinarə Rzayevanın “Bayram və mərasim adlarının Naxçıvan bölgəsinə aid digər folklor örnəklərində işlənmə məqamları”, Bakı Avrasiya Universitetinin doktorantı Nərmin Sadəddinlinin “Bozqurd obrazının hami-qoruyucu funksiyası”, Gülxarə Əhmədovanın “Qarabağda Novruz (Ağdam rayonundan toplanmış materiallar əsasında)” məqalələri oxucuların ixtiyarına verilib.
Jurnalın “Azərbaycan folklorundan yeni nümunələr” bölməsində saxurlardan toplanmış etnoqrafik mətnlər və İlkin Elsevərin topladığı Cəlilabad folklor örnəkləri yer alıb.
AXTAR
 
 

© Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu.
"Dədə Qorqud" elmi-ədəbi toplu. 2013.